13 May 2016 16:34
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Goranboy rayon polis şöbəsi əməkdaşları tərəfindən mayın 11-də Muzdurlar kənd Poçt Şöbəsinin inzibati binasından içərisində 441 manat pul və sənəd olan seyfin rayon sakinləri, İlkin Şıxıyev, əvvəllər məhkum olunmuşlar Kamil Bayramov, Nurlana Cəfərova, Samir Bayramov, Vaqif Hüseynov tərəfindən oğurlanması müəyyən edilib.

Həmçinin, onların həmin gün əvvəllər məhkum olunmuş Samir Alışanov və Tahir İbrahimovla birgə həmyerliləri N.Hacıyevə məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatı və spirtli içki, habelə Göygöl şəhərində şəhər sakini Qələndər Əliyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 100 manat pul, post terminal aparatı, sərinləşdirici içkilər və tütün məmulatı oğurlamaları da müəyyən olunub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Kamil Bayramov, Nurlana Cəfərova, Samir Bayramov, Vaqif Alışanov və Tahir İbrahimov tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər