Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Əsgər Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Mehdiabad qəsəbəsində baş verib. Abşeron Rayon polis idarəsinin Mehdiabad Polis şöbəsinə qəsəbədə 1958-ci il təvəlüdlü Təhməz İsmaylova naməlun şəxsin sağ döş qəfəsindən bıçaqla xəsarət yetirildiyi barədə məlumat daxil olub. Məlumatda onun Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldığı zaman yolda öldüyü bildirilib.
Abşeron rayon Prokrorluğunun apardığı araşdırmalar nəticəsində qətlin qısqanclıq zəminində törədildiyi məlum olub. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təhməz İsmaylovun 24 yaşlı Əsgər Sultanov tərfindən qətlə yetirildiyi ortaya çıxıb.
Saxlanılan şəxsin sözlərinə görə, bıçaqlanan 57 yaşlı Təhməz İsmayılov onun anasının telefonuna tez-tez zəng etməklə narahat edirmiş. Lakin gəncin anası qan tökülməsin deyə bu barədə oğluna məlumat verməyib. Sonda Təhməz İsmayılovun əmələrindən xəbər tutun Əsgər onun axtarışına başlayıb.
Qətlə yetirilən şəxs avtomobili ilə su daşıdığı üçün mütamadi olaraq Əsgər Sultanovun evinə gəlirmiş.
Məhkəmənin hökmü ilə Əsgər Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov