Lerik rayonunda yaşayış evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün saat 04.00-da baş verib.
Rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər.
Dərhal hadisə yerinə Lerik rayon polis şöbəsi və prokurorluq əməkdaşları gəlib. Cinayəti törədən şəxslər Hüseyn İsiyevin qardaşı oğlanları Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olub. Cinayəti törədən şəxslər həbs edilib.
Onların arasında hadisədən bir gün əvvəl otlaq sahəsi üstündə mübahisə yaranıb. Bu səbəbdən də cinayət hadisəsi baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov