Bu gündən etibarən “Ölülər XXI əsr” filminin ölkə kinoteatrlarda nümayişinə start verilib.
Teleqraf.com xəbər verir ki, film Bakıyla yanaşı Gəncə və Naxçıvanda yerləşən kinoteatrlarda da göstərilir.
“Planet Parni iz Baku Films”in istehsalı olan filmin çəkilişləri ötən il yay aylarında aparılıb.
Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunan film məşhur “Ölülər” əsərinin müasir versiyasıdır.
4-5 ilə yazılan ssenarinin müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Müsəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinovdur.
Filmdə Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elnar Qarayev çəkilib.
Nərmin