24 Sentyabr 2016 20:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcəklər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.

Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur.


Müəllif: