Pop-ulduz Maykl Ceksonun qızı Paris Cekson hesab edir ki, atasını öldürüblər.
Parisə görə, atası artıq dozada ağrıkəsici preparatın qəbul etməsi üzündən ölməyib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı Paris Cekson atasının öldürüldüyünə əmin olduğunu bildirib.
Rəsmi versiyaya görə, Cekson 25 iyun 2009-cu ildə artıq dozada qəbul etdiyi propofol adlanan güclü keyidici preparatdan ölüb.
Ceksonun həkimi Conrad Murray 2011-ci ildə qətl maddəsi üzrə 4 il müddətinə həbs edilmiş, lakin cəza müddətinin yarısı keçdikdən sonra azadlığa buraxılmışdı.
Murrayın vəkili Maykl Ceksonun propofola narkotik assılılığı olduğunu və həkim olmayan vaxtda özbaşına artıq doza qəbul etdiyini iddia edirdi. Atası vəfat edəndə 11 yaşı olan Paris Cekson ehtimal edir ki, ictimaiyyət əhvalatın bir hissəsinə bələddir.
"O hərdən deyirdi. Bir vaxt məni öldürəcəklər", - pop-ulduzun qızı söyləyib.
Maykl Ceksonun üç uşağı var. Qızı Paris və iki oğlu - Jozef və Prans Maykl Cekson II.