27 İyul 2017 08:17
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ regional ASAN Xidmət Mərkəzinin könüllüləri tərəfindən Qəbələ Mədəniyyət Mərkəzində “Gizli məktub” adlı kölgə tamaşasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, könüllülərin məqsədi klassik teatr növü olan kölgə teatr janrını müasir üslubda, yeniliklərlə birgə gənclərə göstərmək, onları teatr incəsənətinin bu sahəsi ilə tanış etməkdir.

“Mədəniyyət carçısı” layihəsi çərçivəsində yeni ideya əsasında səhnələşdirilən kölgə tamaşası teatr həvəskarları tərəfindən maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com