Teleqraf.com xəbər verir ki, avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.
Musiqi axşamında orkestri Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli dirijor Rauf Abdullayev və əməkdar artist, dirijor Fuad İbrahimov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Sloveniyanın Lyublyana Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql (arfa), İtaliyanın Emilya Romanya Festivalının bədii rəhbəri Massimo Mercelli (fleyta) müşaiyyət edib.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, 1920-ci ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Simfonik Orkestri dəfələrlə xarici ölkələrdə, beynəlxalq festivallarda uğurla çıxış edib.