Azərbaycanı dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biri olan "Best Model of the World"də təmsil edən Elxan Hüseyn ve Banu Şücai uğurlu nəticələrə imza atıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə layihənin beynəlxalq direktoru Aqil Məmiyev məlumat verib.
O bildirib ki, 60-a yaxın ölkənin çıxış etdiyi yarışda azərbaycanlı modellər öz çıxışları ilə münsiflər həyətinin böyük rəğbətini qazanıblar. Parisdə keçirilən yarışda azərbaycanlı model Elxan Hüseyn 3-cü yerə layiq görülüb. Ona “Best Photomodel” xüsusi mükafatı təqdim edilib. Digər təmsilçimiz Banu Şücai isə yarışı uğurla başa vuraraq "Best Smile" tituluna sahib çıxıb. Müsabiqənin qalibləri türkiyəli Əslıhan Karalar və Şri-Lankadan olan Janulca Rajapaksha seçilib.
Qeyd edək ki, Elxan 2014 və 2016-cı il tarixləri arasında ölkəmizdə keçirilən bütün dəb həftələrində çıxış edib. Nüfuzlu müsabiqədə qonşu Rusiyanı azərbaycanlı model İgo Hüseynov və ölkəmizdə yaşayan rusiyalı model Anna Granovskaya təmsil ediblər. İgo Hüseynov uğurlu çıxış edərək "Best Physics" titulunu qazanıb. Sözüdegən yarışda Azərbaycanın heyətində Aqil Məmiyev ilə yanaşı Pərviz Əzimzadə də iştirak edib.