27 Avqust 2014 11:25
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada keçiriləcək “Piano Festivalı”nın açılışını azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadə edəcək.

Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, festivalın açılışında Ə.Mustafazadə trionun müşayiətində geniş konsert proqramı ilə çıxış edəcək. Musiqiçi pianoda ifa etməklə yanaşı, müxtəlif illərdə təqdim etdiyi əsərlərini də oxuyacaq.


Konsert proqramında Ə.Mustafazadənin Aşıq Veysələ aid “Uzun, incə bir yoldayam” əsərini ifa edəcəyi də gözlənilir. Sənətçini basda Ralf Cetto, zərbdə Simon Zimbardo müşayiət edəcək.


Festivalın açılışı sentyabrın 30-da keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər