Qənirə Paşayeva, millət vəkili
Keçmiş zamanlarda könlü eşqlə, yanğı ilə dolu bir adam gün-düzlər əlində çıraq çarçıda-bazarda gəzib-dolaşarmış... Bir gün birisi ondan soruşur ki: “Günün günorta çağı əlindəki fənərlə dükan-bazarda nə axtarırsan belə? Gün işığında əlində tutduğun bu çıraqla nə tapa bilərsən axı? Yoxsa, bu camaatı ələ salmısan sən?”
Əliçıraqlı adam deyir: “Hər tərəfdə mən İlahinin nəfəsiylə diri olan gerçək insanı, könlü İlahi mərifətlərlə dolu bir insan axtarıram! Deyırəm görən, belə bir adam varmı?”
Bu sözü eşidən birisi deyir: “Ey insan, görmürsən ki, bu çarçı-bazar adamla doludur?”
Əlində fənər tutan adam ona diqqətlə baxaraq, dillənir: “İki yol ayrıcında ikən hiddətlənib özündən çıxmayan, tamaha uymayan, öz ehtirasını cilovlaya bilən, nəfsani istəklərinə qalib gələn insanın ax-tarışındayam mən! Əsəbiləşdiyi zaman şəhvət tələsinə şikar olduğu vaxt özünə “Dur!” – deyən, səbir edib dözən insan oğlu hardadır, gö-rəsən?! Elə buna görə də mən hər gün küçə-küçə, məhəllə-məhəllə dolaşıb, belə birisni axtarıram! Dünyada bu iki halda – yəni hiddətə və şəhvətə qapılanda özünü cilovlayan, səbirli davranan, dözən adamı mənə göstərin. Tapsanız, günü bu gün canımı ona fəda etməyə hazıram!”
Bu öykü hz. Mövlanənin sevə-sevə oxuduğum “Məsnəvi”sin-dəndir. Hərdən böyük filosof Diogenin adıyla da bağlayırlar. Bu öykünün sətiraltı anlamı incə mətləblər çatdırır, ciddi-ciddi düşünməyə səsləyir. Yüz illər keçib amma sanki bu gün üçün yazılıb. Bu gün də gerçək insanların sayı o qədər azalıb ki..! – Bu öykünün qəhrəmanı kimi gündüzlər çıraqla aranacaq qədər...
Gerçək insan anlayışına bu kiçik öyküdə yetərincə aydınlıq gətirilib. Çevrəmizdə çoxdumu belə insanlar? Diqqətlə baxın... sonra isə düşünün... – Özümüzdən başlaya bilmək üçün... Toplumun mənəvi təmizlənməsi üçün... Düşünmək... Təkcə bu günü yox, həm də sabahı..
.
P.S: Yeri gəlmişkən, bu öykü o qədər şairə mövzu verib ki!.. Birini heç unutmuram – xalq şairi Rəsul Rza yazıb: “Dərdini kimə deyəsən, dünya dolu adamdı...”
/modern.az/