12 May 2021 19:14
2 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şuşada baş tutan "Xarıbülbül" festivalında bir sıra mədəniyyət adamları da iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, "Xarıbülbül" festivalında xalq artistləri Yusif Eyvazov, Elçin Əzizov, Flora Kərimova, Fərhad Bədəlbəyli, Murad Adgözəlzadə, Samir Cavadzadə, əməkdar artistlər Tahir İmanov, Cabir İmanov və bir çox qonaqlar iştirak ediblər.

Rusiyada fəaliyyət göstərən xalq artisti Yusif Eyvazov festivaldan fotoları İnstaqramda hekayə bölümündə paylaşıb.

Qeyd edək ki, festivalda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.


Müəllif: Rəqsanə Həsənova