Azərbaycanın Xalq Artisti Mənsum İbrahimov Türkiyənin Orta Doğu Texnik Universitetində “Azərbaycan xalq musiqisi” adlı konsert proqramı ilə çıxış edib.
Universitetdə təhsil alan Azərbaycan Tələbə Birliyi tərəfindən təşkil edilən konsertdə Ankaranın müxtəlif ali təhsil ocaqlarından nümayəndələr iştirak edib.
Tələbəsi ilə eyni səhnəni bölüşən Mənsum İbrahimovun çıxışı alqışlarla qarşılanıb.
Konsertdə xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada isə Siyavuş Kərimov müşayiət ediblər.
Azərbaycan xalq və bəstəkar mahnılarının səsləndiyi konsertdə tanınmış sənətçimiz yeni dəvətlər alıb.
Tədbirdə musiqiçilərimizə fəxri fərmanlar təqdim olunub.