Tanınmış aktyor İbrahim Çingiz həyat yoldaşı aparıcı, aktrisa Aydan Çingizlə fotosessiya etdirib.
Teleqraf.com xəbər verir ki, aktyor fotoları sosial media hesabında paylaşaraq bunları yazıb:
“Uzun müddətdir Aydan Çingiz şikayətlənirdi ki, bu gün-sabah övladımız dünyaya gələcək, bizim isə normal “göbəkli” xatirə şəklimiz yoxdur.
Şəkillər hələ heç işləmdən çıxmayıb, səbirsizlik edib, 1500 dənə şəkildən bir neçəsini paylaşırıq”.
Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur.