29 İyun 2023 16:56
4 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış italyan aktrisa Monika Belluçi rejissor Tim Bartonla sevgili olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə "Elle France" jurnalına verdiyi müsahibədə danışıb.

“Nə deyim... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda rast gəlinən tanışlıqlardan biridir. Mən bu adamı tanıyıram, sevirəm”.

Aktrisa Bartonun rejissorluq baxışını bəyəndiyini də etiraf edib.

“Mən onun nağıl dünyasını sevirəm, burada canavarlar mehribandır, sanki qaranlıq tərəflərimizi yüngül, bağışlayan bir şeyə çevirə bilərik. Tim Barton filmləri məhz bu barədədir", - Belluçi izah etdi.

Hazırda Monika Belluçi Tim Bartonun rejissoru olduğu filmdə çəkilir.

Çəkilişlər Londonda aparılır.

Aktrisanın kinorejissorla sevgili olması faktını ilk dəfə bu ilin fevralında "Paris Match" jurnalı iddia etmişdi. Jurnal cütlüyün Parisdə gəzinti zamanı çəkilmiş paparassi fotolarını dərc etmişdi.

Ehtimal edilirdi ki, onların münasibətləri ötən ilin oktyabrında Fransanın Lion şəhərində baş tutan 14-cü Lümyer Qardaşları Film Festivalında görüşdən sonra başlayıb.


Müəllif: Pərvin Cəfərova