19 İyul 2023 18:28
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kristofer Nolan “Oppenheimer” filmini rekord müddətdə lentə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Oppenheimer” filmində çəkilən aktyor Killian Mörfi deyib. Onun sözlərinə görə, K.Nolanın filmi inanılmaz dərəcədə sıx qrafiklə çəkilib: “Ekran əsərini inanılmaz sürətlə çəkdik. Bunu 57 gündə bacardıq. Müqayisə üçün qeyd edək ki, Kristofer Nolanın İkinci Dünya müharibəsindən bəhs edən “Dunkirk” filmi 68 günə, digər casus trilleri olan “Tenet” isə 96 günə çəkilib”.

“Oppenheimer” filminin əksər səhnələrində Killian Mörfi diqqət mərkəzindədir, bu da o deməkdir ki, sıx çəkiliş cədvəli aktyor üçün daha gərgin keçib.

“Çəkiliş prosesi gərgin keçsə də, bu əziyyətə dəyərdi. Çünki 20 ildən artıq müddətdə əməkdaşlıq etdiyim sənətini sevən rejissorla davamlı işləmək hər bir çətinliyi üstələyir”, - deyə aktyor qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər