Məşhur türk aktrisa Zerrin Tekindorun Bakıda ilk dəfə təqdim edəcəyi “Toz” tamaşasına çoxsaylı müraciətləri nəzərə alınaraq daha bir seans əlavə olunub.
Teleqraf.com-un xəbərinə görə, aktrisa bu barədə sosial şəbəkədə məlumat verib.
“Çoxsaylı tələblə əlavə nümayiş: 9 sentyabr saat 21:00”.
Qeyd edək ki, “Toz” monotamaşa 8-9 sentyabrda Gənc Tamaşaçılar Teatrında oynanılacaq.
Əsərin müəllifi Murat Mahmutyazıoğlu, tamaşanın rejissoru isə aktrisanın oğlu Hira Tekindordur.
Tamaşa İstanbul, Ankara, İzmir və Londonda 226 dəfə oynanılıb.