31 Dekabr 2023 10:42
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaqlıqdan yeni ildən nəsə gözləyirəm. Əslində nəyi gözlədiyimi bilmirəm, amma gözləyirəm. Uşaqkən də beləydim, indi də... Yəqin bu, ömürboyu davam edəcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış aktrisa Zülfiyyə Qurbanova saytımıza açıqlamasında bildirib. 2024-cü ili evdə qarşılayacağını deyən aktrisa yola saldığımız ilin yaradıcılıq baxımında düşərli il olduğunu vurğulayıb.

"Yeni ili evdə mənə doğma olan insanların arasında keçirəcəm. Şəhər aşırı səsli olur, mən də çox səs-küyü sevmirəm. Yəqin ki, işimə görə həmişə səs-küylü mühitdə olduğum üçün aləmətdar günlərimi sakit bir atmosferdə qeyd etməyi sevirəm.

İlim yaradıcılıq baxımından məhsuldar oldu. Bir-birindən gözəl tamaşalarda yer aldım, yeni ekran işlərində çəkildim".


Müəllif: Nərmin

Oxşar xəbərlər