14 İyul 2015 00:06
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı reper və prodüser, "50 Cent" kimi tanınan Körtis Ceyms Cekson məhkəməyə müflislik haqqında məcəlləyə əsasən kreditorlardan qorunma barədə ərizə təqdim edib.

Məhkəmə sənədlərinə əsasən musiqiçinin aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.

Ötən həftənin cümə günü məhkəmə K.Ceksonun reperi şəxsi həyatına qarışmaqda ittiham edən qadına 5 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı.


Müəllif:

Oxşar xəbərlər