Bir çox ölkələr iş adamlarını cəlb etmək üçün yarışırlar. Təklif edilən şərtlər isə bəzən çox cəlbedici olur. Əldə edilən üstünlüklər arasında viza sərbəstliyi, vətəndaşlıq hüququ və.s var.
1. ABŞ-da vətəndaşlıq almaq üçün 1 milyon dollarlıq şirkət qurmaq və ya hökümətin müəyyənləşdirdiyi regionda 500 min dollarlıq sərmayə qoymağınız lazımdır. Nəticədə siz müddətsiz yaşamaq icazəsi almış olacaqsınız. Beş il orada qalacağınız təqdirdə isə ABŞ vətəndaşlığı ala bilərsiniz.
2. Almaniyada minimum investisiya məbləği 250 min avro olaraq müəyyən edilib və bu məbləğ məşğulluq idarəsinin hesabına köçürülməlidir.
3. Belçikada isə vətəndaşlıq üçün ən azı 3 il ölkədə yaşamağınız lazımdır. Bu şərtdən sonra dövlət tərəfindən müəyyən edilmiş ödəniş qarşılığında ölkənin vətəndaşı ola bilərsiniz.
4. Makedoniyada 40 min avroluq daşınmaz əmlak alan xaricilərə bir illik yaşamaq icazəsi verilir. 400 min avro dəyərində investisiya qoyub və ən az 10 işçini işlə təmin edənə vətəndaşlıq verilir.
5. Bolqarıstanda ən az bir il yaşamiş və 1,2 milyon dollar investisiya qoyan əcnəbilərə vətəndaşlıq verilir.
6. Maltada isə 650 min avro qarşılığında vətəndaşlıq hüququ ala bilərsiniz.
7. Karib dənizindəki Livard adalarında yerləşən iki adadan ibarət olan St.Kitts və Nevis federal ölkəsində isə 250 min dollara vətəndaşlıq almaq mümkündür. Ancaq bir istisna var. İran vətəndaşlarına vətəndaşlıq verilmir.
8. Dominikan Respublikasında 100 min dollar investisiya, həyat yoldaşı və uşaq varsa, 200 min dollara vətəndaşlıq ala bilərsiniz.
Rüstəm