15 Sentyabr 2015 18:59
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar artist” fəxri adına layiq görülənlər arasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru Ramil Qasımov da var. Fəxri ada layiq görülməyin sevinciyini Teleqraf.com-la bölüşən gənc vokalçı ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, gələcəkdə də Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərini əsirgəməyəcək: “Sevinirəm ki, bu zamana kimi çəkdiyim zəhmətim hədər getmədi. Bundan sonra da bu etimadı doğrultmağa çalışacam”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər