Əməkdar incəsənət xadimi Aygün Səmədzadənin dekabrın 1-də “Biri varmış biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.
Bu barədə Teleqraf.com-a danışan bəstəkar sənət gecəsinə ciddi hazırlaşdığını deyib: “Çox yaxşı hazırlaşırıq. Maraqlı bir konsert olacaq. Xalq artisti Teymur Göyçaylının rəhbərliyi ilə Qara Qarayev adına orkestrdə simfonik əsərlərim ifa olunacaq və populyar estrda mahnılarım da səsləndiriləcək. Sözün əsl mənasında konsertə çox ciddi hazırlaşıram. Çox həyəcanlıyam.
İstəyirəm ki, tamaşaçılar müəyyən fasilədən sonra bu konsertdə millilik, dəyişiklik görsünlər. Bilirəm ki, musiqi sevənlərə maraqlı olacaq, çünki özüm əsərlərimin səslənməsini eşidərkən tam başqa əhval-ruhiyyə yaşayıram.
Tədbirdə hansı müğənnin iştirakına gəlincə heç bir müğənninin adını çəkməyəcəm. Hansısa müğəninnin adı ilə reklam olunacaq adam deyiləm. Orda canlı mahnı oxumaq imkanları olan müğənnilər iştirak edəcək”.
Rəqsanə