12 Mart 2016 15:04
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub.

Tədbirdə çıxış edən Özbəkistan Dövlət Konservatoriyasının rektoru, professor Bəxtiyar Yaqubov yüksək səviyyədə qurulmuş Musiqi Mədəniyyəti Mərkəzinin Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin Özbəkistanda öyrənilməsi, ifası işinə dəstək verəcəyini, bu ölkədə Azərbaycan musiqisinin fəal təbliğatçısına çevriləcəyini qeyd edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin adını daşıyan Mərkəzin Özbəkistan Dövlət Konservatoriyasında fəaliyyət göstərməsini böyük hadisə adlandırıb və gələcəkdə Mərkəzin qardaş Özbəkistanda milli musiqimizin təbliğatçısına çevriləcəyini vurğulayıb.

Daha sonra xalq çalğı alətləri Dövlət Kamera Orkestri Üzeyir Hacıbəyovun əsərlərini ifa edib, orkestrin solisti Səncər Qədirov "Ay Laçın" Azərbaycan xalq mahnısını ifa edib.


Müəllif:

Oxşar xəbərlər