20 May 2015 14:38
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları zamanı istifadə ediləcək xüsusi zolaqlardan gələcəkdə yalnız xüsusi təyinatlı maşınlar (təcili yardım və yanğınsöndürən maşınlar) və avtobuslar istifadə edə biləcək.

Trend-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə bildirib.

Nazir müavini bildirib ki, zolaqların bir hissəsi yalnız Oyunlar zamanı işləyəcək, qalan hissəsi isə Oyunlardan sonra ictimai nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:

“Çünki Bakı əhalisinin çoxu – gündə ortalama 1,5 milyon nəfər – avtobuslardan istifadə edir. Buna görə də onlar üçün şərait yaratmaq vacibdir. Hazırda bu zolaqlar dayanacaqsız gediş üçün nəzərdə tutulduğundan, yola yaxın zolaqlardan yararlanılır, lakin sonra avtobuslar üçün sağ tərəfə yaxın zolaqlar ayrılacaq. Gələcəkdə təcili yardım və yanğınsöndürmə maşınları da xüsusi zolaqlardan istifadə edə biləcəklər”.


Müəllif:

Oxşar xəbərlər