Bakı-2015 Birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycanın paytaxtı Bakıya çoxsaylı turistlərlə yanaşı, oyunları işıqlandırmaq üçün müxtəlif ölkələrdən jurnalistlər də gəlib.
Teleqraf.com xəbər verir ki, dünən Media Kəndində keçirilən Salamlama gecəsinə dəvət olunan müğənni Nurlan Növrəsli avropalı qonaqları qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”lə qarşılayıb.
Nurlan Növrəslinin qardaşı Arslan Növrəslinin tar ifası da əcnəbilər tərəfindən böyük maraqla qarşılanıb.
Videoları təqdim edirik: