12 İyun 2015 01:37
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarını açılış mərasimini, eləcə də yarışları canlı yayımlayacaq Almaniyanın “Sport-1” idman telekanalının üç şərhçisi artıq Bakıdadır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan paytaxtında bu mötəbər idman tədbirini almandilli tamaşaçılara “Sport-1”-in əməkdaşları Anett Satler, Nele Şenker və Yulian Meisner təqdim edəcəklər.

“Sport-1” 17 gün ərzində 100 saatlıq canlı yayım gerçəkləşdirəcək. Telekanal ilk Avropa Oyunları barədə xəbərləri onlayn televiziya, radio, rəsmi internet səhifəsi və digər vasitələrlə yayımlayacaq.


Müəllif: