12 İyun 2015 23:11
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarında çatışmayan beşinci halqanı əlavə edirik”.

Bunu Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki deyib.

P.Hikki bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür etdiyini bildirib:

“Siz qürurverici yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların əksəriyyəti növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram”.


Müəllif: