13 İyun 2015 19:58
3 955

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva qızıl medalı təqdim etmək üçün “Kristal Zal”a gəlib.

Teleqraf.com xəbər verir ki, 75 kq çəki dərəcəsində qızıl medal qazanan azərbaycanlı karateçi Rafael Ağayevə medalı Mehriban Əliyeva təqdim edib.

Son olaraq himn sədaları altında bayrağımız dalğalanıb.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində ilk qızıl medal qazanan azərbaycanlı karateçi Firdovsi Fərzəliyevə medalı ölkə başısı İlham Əliyev təqdim etmişdi.


Müəllif:
loading...