Nəhayət, Avropanın da öz qitə Oyunları oldu. İyunun 12-də Bakıda açılışı olan Oyunlar Olimpiya oyunlarının kiçik formatı hesab edilə bilər.
Azərtac xəbər verir ki, bu fikir Fransa mətbuatının Bakıdan hazırladığı geniş reportajında bildirilib.
Qeyd edilib ki, 4 ildən bir keçiriləcək Oyunların ənənəsi Avropanın mərkəzində deyil, Qafqazda qoyuldu. Əlli ölkə arasında Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazandı. Müəllif bildirib ki, Oyunlarda müxtəlif ölkələrdən 6 mindən çox atlet iştirak edir. Bakı küçələrində Olimpiya və ya dünya çempionlarına rast gəlmək adi hal alıb. Azərbaycan hətta müharibə şəraitində olduğu Ermənistanın da birinci Avropa Oyunlarında iştirakını təmin edib.