21 İyun 2015 15:45
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şübhəsiz ki, ilk Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır". Bu barədə Trend-ə Polşanın su idmanı növləri üzrə yığmasının üzvü Arkadiuş Pyotr Zalevski bildirib.

Onun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, bu irimiqyaslı tədbir ən yüksək səviyyədə keçirilir və yarışlarda gözəl ab-hava hökm sürür: "Biz məşqlərə 4 gün əvvəl başlamışıq. Burada hovuz çox gözəldir, təşkilatçılıq çox yaxşıdır. Biz yarışdan əvvəl çox məşq etmişik. Düşünürəm ki, yaxşı nəticə göstərəcəyik və burada qazandığımız xallar nəticəsində Rio-2016 olimpiadasına lisenziya əldə edəcəyik".

Onun sözlərinə görə, komanda yarışdan sonra istirahət günlərində Azərbaycanın mədəniyyəti, görməli yerləri ilə yaxından tanış olmağı planlaşdırır: "Hələlik isə qələbəyə köklənmişik".


Müəllif: