"Bakı 2015" Birinci Avropa Oyunlarında kişilər arasında 1/4 finalın növbəti qarşılaşması keçirilib.
Teleqraf.com xəbər verir ki, günün ən maraqla gözlənilən Türkiyə və Bolqarıstan kollektivi arasında görüşün hakimi Belarsudan olan Aleksandr Piasetski olub.
Birinci hissənin ilk texniki fasiləsinə qardaş Türkiyə təmsilçiləri öndə yollanıb: 8-5. İkinci texniki fasiləyə türkiyəlilər üstün ayrılıb: 16-14. Türkiyə ilk seti öz xeyrinə başa vurub: 26-24.
İkinci setin birinci texniki fasiləsinə bolqarlar 8-6 hesabı ilə ireəlidə ayrılıb. İkinci texniki fasiləyə türkiyəli voleybolçuları geridə yollanıb: 16-11. Bu set Bolqarıstanın üstünlüyü ilə başa çatıb: 25-19. Üçüncü hissədə də bolqarlar qalib gəlib: 25-17.
Dördüncü setdə də qələbəyə sevinən Bolqarıstan yığması yarimfinala məsiqə qazanıb: 25-20 (3-1)
Samir