Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanan fransalı rapiraçı İvan Trevexo “Vestnik Kavkaza”a müsahibəsində yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirib.
İ.Trevexo deyib: “Avropa Oyunlarının Bakıda keçirilməsi əla oldu. Biz hər şeydən, o cümlədən hazırlıq işlərindən çox razı qaldıq. Turnirdə iştirak edən idmançılar Avropanın ən güclüləridir. Bakıya dünya səviyyəli atletlər gəlib və mən də bu turnirə diqqətlə hazırlaşmışdım”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.vestikavkaza.ru/news/Ivan-Trevekho-na-Evroigry-priekhali-sportsmeny-mirovogo-urovnya.html