“Bakıda I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”.
Trend-in məlumatına əsasən, bu barədə Azarkeşlər evində Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.
O bildirib: “Bakıda I Avropa Oyunlarının baş tutduğunu deyə bilərik. Bu, çox maraqlı, böyük və əhəmiyyətli yarışdır”.
A.Jukovun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində bəziləri Oyunların təşkili səviyyəsinə şübhə ilə yanaşırdılar: “Artıq bu gün məlumdur ki, birincisi, Avropa Oyunları çox yaxşı təşkil olunmuş tədbirdir, ikincisi, Oyunlarda Avropanın ən güclü idmançıları iştirak edirlər”.
O, I Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə olduğunu qeyd edib: “Gözəl idman arenaları, mehriban könüllülər – hər şey yüksək səviyyədə təşkil olunub”.