İlin əvvəlindən müxtəlif növ nəqliyyatla Krıma gələn turistlərin sayı 1 milyon 772 min nəfər olub. Bu da ötən ilin analoji göstəricilərindən 29,5% azdır.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmamış Krım Respublikasının kurortlar və turizm nazirinin müavini Olqa Burova məlumat verib. Bilavasitə turistlərə gəlincə, göstəricilər 35% azalıb.
Burovanın sözlərinə görə, gələnlərin 55 %-i Krlma dəmir yolu nəqliyyatı ilə daxil olur. Digər gələnlərin 25 %-i gəmi, 20 %-i isə təyyarədən istifadə edərək, Krıma gəlib.
“Ümumilikdə, gələnlərin sayı azalıb. Bu göstəricilər ötən ilin analoji göstəriciləri ilə müqayisədə çox aşağıdır”, - deyə Burova təəssüflə qeyd edib.
Ülviyyə