09:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəralüminium” MMC ötən il ixracını artırıb.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, şirkət ötən il 135,3 milyon dollarlıq məhsul ixrac edib.

Bu, 2023-cü illə müqayisədə 7,1 milyon dollar və ya 6 faiz çoxdur. 2023-cü ildə şirkət 128,2 milyon dollarlıq məhsul ixrac etmişdi.

Ayrıca şirkət 2024-cü ildə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda dördüncü yerdə qərarlaşıb.

“Azəralüminium” MMC 2008-ci ildə yaradılıb. “Azəralüminium” MMC- nin də üzv olduğu "Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycan prezidentinin 27 dekabr 2024-cü il fərmanı ilə ləğv edilib və şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər