“Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, onun evində axtarış aparılıb.
Jurnalist qaçaqmalçılıqda ittiham edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov onun saxlanılması barədə məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
8 dekabr 2024-cü ildə Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.