Səhiyyə Nazirliyi siqaret istifadəçilərinin azaltmaq üçün qaydaları sərtləşdirir.
Türkiyə Səhiyyə Nazirliyinin tətbiq edəcəyi yeni qaydaya əsasən, siqaretlər 3 il ərzində diqqət çəkməyəcək şəkildə yenidən hazırlanacaq. Siqaret qutularının markasından asılı olmayaraq, tam qara rəngdə hazırlanacağı bildirilir. Siqaret alıcıları mağazalarda siqaretləri 1, 2 və s. kimi nömrələrlə seçə biləcək.
Milli Tütün Nəzarət Proqramının 2014-2018-ci illər arası həyata keçirəcəyi layihənin müsbət nəticə verəcəyi gözlənilir.
Bundan əlavə, ticarət mərkəzləri, kino salonları, teatr kimi yerlərdə müəyyən məsafədən sonra siqaret çəkilməyinə qadağa qoyulacaq. Uşaq istirahət parklarında isə siqaret çəkməyin birmənalı olaraq qadağan olunacağı bildirilir./axar/