20 İyul 2014 16:26
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq prezidenti Cəlal Təlabani 2012-ci ilin sonunda beyinə qan sızması nəticəsində Berlinə aparıldıqdan sonra ilk dəfə ölkəyə qayıdıb.

Prezident Süleymaniyyə şəhərinin hava limanından öz iqamətgahına aparılıb. Ölkə başçısını yol boyu tərəfdarları müşayiət ediblər.

Tərəfdarları Təlabaninin qayıdışı ilə ölkədə vəziyyətin stabilləşəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Cəlal Təlabini İraqda olmadığı müddətdə onu ölkəni baş nazir Nuri əl Maliki əvəz edirdi./anspress/


Müəllif: