22 İyul 2014 14:50
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları İraqın Mosul şəhərindəki Mar Behnam adlı tarixi bir monastrı ələ keçirib.

Teleqraf.com xəbər verir ki, silahlılar keşiş və rahibləri binadan ayaqyalın çıxararaq binanı zəbt edib. Həmin bölgədə sıx yaşayan xristianlar ərazini tərk etməyə başlayıblar.

Qeyd edək ki, Mosul və Tikrit kimi bir çox şəhərlərdə uzun müddətdir ki, davam edən silahlı qarşıdurmalara görə bir milyondan çox insan həmin bölgələrdən köçmək məcburiyyətində qalıb.

Uğur


Müəllif: