25 İyul 2014 11:15
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 7 yaşlı qızı zorlamaqda və sonra da zavallını asmaqda şübhəli bilinən 3 kişiyə divan tutulub.

Yerli sakinlər onları tutaraq vəhşicəsinə döyüblər. Kişilərdən biri aldığı zərbələrdən ölüb, ikisi isə çox ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hindistanda "müqəddəs" sayılan, yalnız aldıqları nəzir-niyazla yaşayan və çılpaq dolaşan, "sathu" kastasına mənsub olaraq əyinlərində "paltar" qismində yalnız qurşaqlarına doladıqları parça olan bu adamlardan birini səhər saatlarında qızın yanında görmüşdülər.
Günorta isə 7 yaşlı qız yoxa çıxıb.

Məlumata görə, hadisə Hindistanın Qərbi Benqaliya ştatındakı Kaliabazar kəndində baş verib.

Bir qədər əvvəl Uttar-Pradeş ştatındakı Badaun kəndində iki bacını zorlamış, sonra kəndin kənarındakı ağacdan asmışdılar.

Hindustan Times-ın məlumatına görə, Kaliabazarda 7 yaşlı qız yoxa çıxandan sonra kənd sakinləri onu axtarmağa başlayıblar.

Bu zaman kəndə səs yayılıb ki, yerli cadugər sathu Ratan Das qızın yoxa çıxmasında suçludur.

Ratan Dasla yanaşı, onun iki şagirdi tutulub və amansızlıqla döyülüb.

Şərqi Midnapur bölgəsinin polis rəisi Sukeş Kumar Caynın dediyinə görə, 7 yaşlı qızın oğurlanaraq təcavüzə məruz qalması ailə intiqamı əsasında ola bilər.

"Bu qızın oğurlanması, təcavüzə məruz qalması və asılmasının kökündə intiqam istəyi dura bilər. Ratan Dasla bu qızın ailəsi arasında düşmənçilik olduğu deyilir. Hadisəni araşdırırıq", - polis rəisi deyib.

/milli.az/


Müəllif:

Oxşar xəbərlər