31 İyul 2014 10:28
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzanın şərq ətrafında bazar ötən gün axşam saatlarında bombardman olunub, nəticədə azı 15 nəfər ölüb, 150-dək fələstinli yaralanıb.

Bu barədə yerli Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Kidra bildirib.

Qeyd edək, zərbələr İsrailin elan etdiyi “humanitar atəşkəs” zamanı endirilib.

“Şicaiyyə rayonu ərazisində yerləşən bazarın bombardman olunması nəticəsində azı 15 nəfər ölüb, 150-dək insan yaralanıb”, deyə Kidra bildirib.

/APA/


Müəllif:

Oxşar xəbərlər