Mərkəzi Hindistanda torpaq sürüşməsi nəticəsində ən azı 21 nəfər həlak olub.
Xilasetmə işləri davam etsə də, hələlik 150 nəfərin taleyi bəlli deyil. Ehtimal edilir ki, onlar dağıntılar altındadır.
Yeddi nəfəri dağıntılar altından sağ çıxarmaq mümkün olub. Onlardan ikisi 25 yaşlı qadın və onun 6 aylıq körpəsi olub.
Sürüşmə Malin kəndi sakinləri üçün faciə olub. 40 evin sürüşməsi sübhdən baş verib.
Dağətəyində yerləşən bu kənd dağdan qopan ağaclar və daşlar altında qalıb.
"Dağdan hər şey yerə gəlirdi", yerli rəsmi deyib.
Güclü yağışlardan sonra sürüşmələr Hindistanda yay ayları üçün xarakterikdir.
/BBC/