3 Fevral 2022 10:27
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsinə siyasi həll yolu tapmaq üçün Moskvaya gedə biləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Makron Turkoinq şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin daxili işlər nazirləri ilə görüşdən əvvəl jurnalistlərə açıqlama verib.

Ukraynadakı vəziyyətdən dərin narahatlığını bildirən Makron Ukrayna ilə bağlı prioritetinin Minsk razılaşmaları əsasında siyasi həll yolu tapmaq və gərginliyin azaldılması olduğunu deyib.

Fransa lideri qeyd edib ki, yaxın saatlarda Rusiya başçısı Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının necə olacağından asılı olaraq Rusiyaya səfər edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu