Peru prezidenti Kastilyo arvadına qarşı zorakılıqda ittiham olunan Baş nazir Hektor Valeri vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, yerli media Valerin 2017-ci ildə vəfat edən həyat yoldaşı Ana Mariya Montoya və qızı Ketrin Valere qarşı fiziki zorakılığın dayandırılması ilə bağlı Ali Məhkəmənin sənədlərini dərc etmişdi.
Yayımlanan məhkəmə qərarında baş nazir Valerin həyat yoldaşının döyüldüyü diqqət çəkib. Cəmi üç gün əvvəl Valeri baş nazir təyin edən prezident Kastillo iddialardan sonra baş naziri vəzifəsindən azad etdiyini açıqlayıb.
Qeyd edək ki, Valer daha əvvəl ölən həyat yoldaşına və qızına qarşı zorakılıq etdiyinə dair iddiaları rədd etmişdi.