13 İyul 2022 17:43
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afina və Berlindən sonra Vaşinqton da Yunanıstanın bəzi adalarının Türkiyə ərazisi kimi göstərildiyi xəritənin Millətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalıya hədiyyə edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Yunanıstanda nəşr olunan “Katmerini” qəzetinə bildirilib.

Açıqlamada ölkələrin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınmasının “qəbuledilməz” olduğu bildirilib.

“Bu məsələdə mövqeyimiz aydındır. NATO müttəfiqlərimiz Yunanıstan və Türkiyəni bölgədə sülh və təhlükəsizliyi qorumaq və problemlərini diplomatik yollarla həll etmək üçün birlikdə işləməyə təşviq etməyə davam edirik”, - açıqlamada deyilib.

ABŞ müttəfiqlərini gərginliyi daha da artıracaq ritorika və davranışlardan çəkinməyə çağırıb.

Almaniyanın Afinadakı səfiri Ernst Reyşelin məsələyə münasibəti isə belə olub: “Yunanıstanın ərazi bütövlüyü və suverenliyinə qarşı meydan oxuma qəbuledilməzdir. Almaniyanın mövqeyi bəllidir”.

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis isə Prezident Rəcəb Tayyib Ərdoğanı məsələni aydınlaşdırmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu