14 Yanvar 2023 15:27
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkətinin sahibi Bill Qeyts uzun müddətdir iqlim böhranı haqqında məlumatlılığı artırmaq üçün çalışır, amma o, qlobal istiləşmə ilə bağlı son dərəcə pessimistdir.

Teleqraf.com xəbər verir ki, milyarder qlobal istiləşmənin qarşısının alınması istiqamətində görülən işlərlə bağlı xoşagəlməz mənzərəyə diqqət çəkib.

Onun fikrincə, dünya 2015-ci il Paris İqlim Sazişində müəyyən edilmiş hədləri aşmaqdan qaça bilməyəcək: “Dünyanın bəzi yerlərində uşaqların 10 faizdən çoxu beş yaşa çatmamış dünyasını dəyişəcək, 30 faizdən çox uşaq isə hələ də yetərli dərəcədə qidalana bilmir.

Ümumiyyətlə, mən iqlim dəyişikliyi ilə mübarizədə ən yaxşı yolun əlverişli təmiz enerji alternativləri yaratmaq olduğu tezisini dəstəkləyirəm. Pessimist mənzərənin olmasına baxmayaraq, bir qədər də optimistəm. Hələ də qorxunc nəticədən qaça biləcəyimizə inanıram”.

Qeyts ətsiz ət məhsulları istehsal edən bir neçə şirkətə dəstək verdiyinə diqqət çəkib: “Bu gün onların bazar payı kiçik olsa da, sonda bu məhsulların çox yaxşı nəticə verəcəyini düşünürəm. Ət alternativləri və iqlim baxımından şüurlu üsullar istehsal etmək üçün fərqli yollar tapmaq vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı