Xilasedicilər Kaxovska su elektrik stansiyasında baş verən partlayışdan və irimiqyaslı daşqından sonra qadı cəsədi aşkar ediblər.
Teleqraf.com “TASS”-a istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin fövqəladə hallar xidməti bildirib.
“Xilasetmə əməliyyatları zamanı 1950-ci il təvəllüdlü qadının meyiti tapılıb, o, hadisənin doqquzuncu qurbanıdır”, - mənbə bildirib.
Xatırladaq ki, ölən səkkiz nəfərdən ikisi evakuasiya məntəqəsinin atəşə tutulması nəticəsində həlak olub.