Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu həftə Pentaqona ölkədə ABŞ-ın tədarük etdiyi kasetli sursatların istifadəsi ilə bağlı ilk hesabatını təqdim edəcək.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə "CNN" telekanalına müsahibəsində bildirib.
O, hazırda kaset sursatlarının təsiri ilə bağlı hesabatı gözlədiyini deyib və əlavə edib ki, ehtimallara görə, hesabatı iyulun 24 və ya 25-də Pentaqona təhvil verəcək.
“Ümid edirəm ki, onlar adi döyüş sursatlarından daha effektiv olacaq”, - Reznikov bildirib.
O kaset bombalarının artilleriya sistemlərinə qarşı, xüsusən də əks-batareya döyüşləri zamanı, zirehli personal daşıyıcılarına, piyadaların döyüş maşınlarına, həmçinin səhrada olan piyadalara qarşı daha təsirli olacağını gözləyir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın kaset sursatlarının təsirsiz olduğunu açıqlamışdı.