Gürcüstan Prezidenti Salome Zurabişvili istefa vermək niyyətinin olmadığını və sonadək mübarizə aparacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, Konstitusiya Məhkəməsinin hökumətin razılığı olmadan xaricə səfər edərək ölkə konstitusiyasını pozması barədə qərarı ilə razılaşmadığını bəyan edib.
“Heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam, həyatım boyu burada olmuşam və bunun üçün Fransadan gəlib burada qalmışam və ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparıram”, - deyə Zurabişvili bildirib.