İkinci Dünya müharibəsində həlak olan 9 yapon əsgərinə aid olduğu güman edilən qalıqlar tapılıb.
Teleqraf.com xəbər verir ki, qalıqlar İndoneziyada qazıntılar zamanı aşkarlanıb.
Qalıqlar Yaponiyaya təhvil veriləcək.
Qeyd edək ki, Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı - 1942-1945-ci illərdə İndoneziyanı işğal edib.